Flora Kərimova İradə İbrahimovanın mahnısını oxuyacaq

Xalq artisti Flora Kərimova populyarlıq qazanmış mahnıları yenidən ifa edəcək. Belə ki, məşhur müğənni İradə İbrahimovanın repertuarından “Qedrimi bilsən də bilməsən də”, Elnurun repertuarından “ Daha sevsən sevməsəndə” mahnılarını yenidən ifa edəcək.

Bu haqda məlumatı isə əməkdar incəsənət xadimi, sözügedən mahnıların söz yazarı Baba Vəziroğlu DJ Kazımın “Arxiv” verilişin efirində bildirib. Şair həmçinin qeyd edib ki, Flora Kərimova musiqisi Kamal müəllimə, sözləri Baba Vəziroğluya məxsus yeni bir mahnı da ifa edəcək.