"106.3 FM" 4-cü “Milli Dalğa” mükafatını təqdim etdi

"106.3 FM" (Azad Azərbaycan radiosu)  artıq 4 –cü ildir ki, “Milli Dalğa” mükafatını təqdim edir. “Milli Dalğa-2015” mükafatı ilin ən yaxşı mahnısı adına xalq artisti Brilliant Dadaşovanın “Bu dünya belədir” mahnısını layiq görüb və mükafat bu mahnıya təqdim edilib.

 “Bu dünya belədir” mahnısının sözləri Brilliant Dadaşovaya, musiqisi isə İsgəndər müəllimə məxsusdur.

Xatırladaq ki, “Milli Dalğa” mükafatına layiq görülən mahnılar sırasında Röyanın “Gizli sevgi”,  Zülfiyyə Xanbabayeva və Miri Yusifin “İki doğma insan”,  Namiq Qaraçuxurlu və Natiq ritm qrupunun “Vətən” mahnıları da var.