Begüm Kütük 106.3 FM-də DJ Kazım Sübhanın verilişinə telefonla bağlanıb

31 dekabr "Kaderimin yazıldığı gün" serialının Defnesi, aktrisa Begüm Kütük 106.3 FM-də DJ Kazım Sübhanın verilişinə telefonla bağlanıb.  Aktrisa proqramda qonaq olan xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb. O, eyni zamanda ekran işindəki mənfi obrazından da söz açıb:
  "Aygün xanımı çox sevirəm. Onu İstanbula gələndə qonağım etmək istəyərəm. Verilişdə mənə ünvanlanan tərifləriniz üçün təşəkkür edirəm. Sizdən belə sözlər eşitmək məni çox sevindirir. Mənfi bir obrazı canlandırmaq çox əyləncəlidir. Buna görə məni sevməyənlər də oldu. Allah mənə də  Azərbaycanda Yeni il qeyd etməyi nəsib etsin",-deyə aktrisa 106.3 FM-in efirində bildirib