Tural Yusifov 21 avqust 1981-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 15 ildən artıqdır ki, televiziya və radio sahəsindədir. Fəaliyyətinə ANS telekanalında başlayıb. 2012-ci ildən bəri Azad Azərbaycan 106.3 fm radiostansiyasında özünün müəllifi olduğu “Avtostop” verilişinin aparıcısıdır. Tural Yusifov eyni zamanda “Avtostop media” production-ın, www.avtostop.tv saytının, “Avtostop Press” jurnalının və Avtostop youtube kanalının təsisçisidir. Ən müasir texnologiyanı, səyahət etməyi, kitab oxumağı və çoxlu su içməyi sevir.

Ailəlidir. İki övladı var.

Digər üzvlər

Arzu Cəfərova

“Azad Azərbaycan” Milli Teleradio Yayım Kompaniyasının 106 FM və 106.3 FM radiostansiyalarının direktoru.…

Ətraflı