“1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər. Ümummilli liderin Bakıya gəlməsi ilə böyük bir qarşıdurmanın qarşısı alındı”.  Tariximizə Milli qurtuluş günü kimi düşən həmin məqamı  xatırladan  Milli Məclis sədrinin müavini Bahar Muradova deyir ki,  1993- cü ilin 15 iyununda Azərbaycan dövləti ləğv olunmaqdan, parçalanmaqdan qurtuldu. Ulu öndər vətəndaşlarımıza Azərbaycanın bütövlüyünü bəxş etdi. 

90-cı illərdə  Ermənistanın torpaqlarımızı  işğal etməsi, daxildə baş qaldıran qarşıdurmalar,  iqtisadi böhran Azərbaycanı  daha da zəiflədirdi. Belə bir məqamda  Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.  Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu.

Ulu  öndər  Heydər  Əliyev  yeni  təməllər üzərində bir dövlət qurdu.  Bu mənada ümummilli liderin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ona borcludur.

Digər xəbərlər