Arzu Cəfərova 19 aprel 1966-ci ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə  175 saylı orta məktəbi bitirdikdən sonra, Arzu xanım A.Zeynallı adına Azərbaycan Musiqili kollecinə daxil olub, daha sonra isə bir musiqi təhsili ilə kifayətlənməyib Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinifinə daxil olub.  1994-ci ildə ANS ÇM radiosunda musiqi redaktoru vəzifəsində çalışıb. 1998-ci ildə Arzu Cəfərova 106 FM radiosunda musiqi redaktoru kimi, daha sonra isə baş prodüsser  vəzifələrində çalışıb. 2000-ci ildən 2012-ci ilədək “Lider caz” 107 FM  radiosunun  direktoru vəzifəsində çalışıb. Hazırda isə Arzu Cəfərova “Azad Azərbaycan” 106 FM və 106.3 FM radiostansiyalarının direktorudur. İki övladı və bir gözəl nəvəsi var. Olduqca qayğıkeş, mehriban və həyatsevər  bir xanımdır.

Digər üzvlər

Arzu Cəfərova

“Azad Azərbaycan” Milli Teleradio Yayım Kompaniyasının 106 FM və 106.3 FM radiostansiyalarının direktoru.…

Ətraflı