Zaur Həsənov 1987-ci ildə sentyabrın 3-də  Bakı şəhərində anadan olub. Ailənin ilk övladır. Bir qardaşı da var.  Radio sahəsində çalışmağına baxmayaraq, o, ixtisasca  iqtisadçıdır. Kooperasiya Universitetini bitirib.  Zaur illər boyu xarici musiqiləri dinləsə də, ona məhz Milli Radio Azad Azərbaycanda işləmək  qismət olur. Və radiomuzun geniş auditoriyasını nəzərə alsaq,  Zaurun bu işin öhdəsindən layiqincə gəldiyini demək olar.    Musiqi redaktoru olmaqla kifayətlənməyən Zaur, həmçinin sosial layihələrdə fəal iştirak edir. Maraqlı süjetlər hazırlaya bilir. Nəqliyyat vasitəsi kimi Bakıda velosipeddən istifadə etməyi üstün tutur. Ailəlidir.

Digər üzvlər

Arzu Cəfərova

“Azad Azərbaycan” Milli Teleradio Yayım Kompaniyasının 106 FM və 106.3 FM radiostansiyalarının direktoru.…

Ətraflı